Ağcabədidə sursat aşkar edilib
Ağcabədidə sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qarqar çayının yatağından sursat aşkar edilib. Oradan 4 ədəd qumbaraatan mərmisi, 88 ədəd avtomat patronu və 2 ədəd avtomata aid hissələr götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV