Ağcabədililəri boğaza yığan dəstə ələ keçdi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silsilə oğurluq törədən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fərdi yaşayış evlərindən oğurluq edən 6 nəfər saxlanılıb. Əvvəlcədən əlbir olaraq qrup şəklində rayon ərazisindəki iki fərdi yaşayış evindən oğurluq edən rayon sakinləri – Qurbani Bədəlov, Qalib Quliyev, Hüseyn Bayramov və Fərman Fərmanlı tutulublar. Onların qızl-zinət əşyaları və nəğd pul oğurlamaqla zərərçəkmişlərə 10 000 manatdan artıq ziyan vurduqları müəyyən edilib. Keçirilmiş digər tədbirlərlə analoji əməli törədən yetkinlik yaşına çatmayan Sadiq İsayev (şərti)  və Yusif Babayev saxlanılıblar. Yetkinlıik yaşına çatmayan şəxsin qohumuna aid evdən qızıl-zinət əşyaları və nəğd pul oğurlayaq 3000 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Y.Babayev isə həmkəndlisinə məxsus fərdi yaşayış sahəsindən xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmişə maddi ziyan vurub.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv