Ağcabədinin qapısı qıfıllı məktəbində bir gün
“Həftənin ilk iş günü olmağına baxmayaraq, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Ağcabədi Regional Mədəniyyət idarəsi, Səbuhi Nuriyev adına Kəhrizli kənd uşaq musiqi məktəbi və Kəhrizli Yaradıcılıq Evinin yerləşdiyi bu binanın qapısı qıfıllıdır.”
Ağcabədi rayonun Kəhrizli kəndinə televiziyamıza daxil olan müraciət əsasında getdik. Müraciətdə kənd Uşaq Musiqi məktəbinin işləmədiyi qeyd olunurdu. Günün birinci yarısı olmasına baxmayaraq 2 müəssisənin fəaliyyət göstərdiyi binanın qapısı qıfıllanmışdı. Məktəbin həyətində oturan yaşlı nənədən qapının niyə qıfıllı olduğunu soruşduq.
Ağcabədi Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxlayıb suallarımıza cavab axtarmağa çalışdıq. Məhz bundan sonra Kəhrizli Yaradıcılıq Mərkəzinin müdiri Mehbarə xanım gəldi. O, həftənin birinci günü onlar üçün qeyri-iş günü olduğunu qeyd etdi.
Mikrofonumuzu görən Mehbarə xanım binanın acınacaqlı vəziyyətindən də danışdı. O bildirdi ki, yarım əsrdən çox yaşı olan binada bu günədək əsaslı təmir işləri aparılmayıb. Binanın dam örtüyü yararsız hala düşüb. Onun sözlərinə görə, binanın Mədəniyyət nazirliyin balansında olmaması təmir işlərinə vəsait ayrılmasında çətinlik yaradır.
Mehbarə xanımın köməkliyi ilə Kəhrizli kənd uşaq musiqi məktəbinin direktor əvəzi Nazim Bağırov ilə əlaqə yarada bildik.
Məktəbdəki vəziyyətə müəllimin özünün də gülməyi gəlsə də qapıdakı qıfılın səbəbini belə izah etdi.
Qeyd edək ki, məktəbdə 85 şagirdə fortepiano, tar, nağara, qarmon və səs ixtisasları üzrə 21 müəllim dərs keçir.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV