Ağdam Olimpiya İdman Kompleksində “Açıq qapı” günü keçirilib
Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində “İradənlə qalib gəl!” şüarı altında “Açıq qapı” günü keçirilib.
APA TV-nin xəbərinə görə, Gənclər və İdman Nazirliyinin 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təşkil etdiyi aksiyada məqsəd idmanın gənclər arasında təbliği, Olimpiya İdman komplekslərinin imkanlarının hər kəs üçün əlçatan olması, buradakı idman meydançaları, avadanlıq və şəraitdən gənclərin faydalanmasını təmin etməkdir.
Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səslənib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Bu uşaqlar uzun müddətdir burada peşəkar məşqçilər tərəfindən məşqləri davam edir. İstədikləri yarışlardan əla nailiyyətlə qayıdırlar. Kompleks olaraq gənclər idman idarəsi olaraq məllimlər məktəblərdə olurlar drektorlarla uşaqlarla görüşürlər hansı uşaqğın hansı idman növünə marağı varsa gəlib yazılıb öyrənirlər”.
Cəbhəyanı kənd ailələri və qəsəbədə məskunlaşan köçkün ailələri yaradılan bu şəraitdən çox məmnundurlar. Çünki güllə səsi altında böyüyən yeniyetmələr bu minvalla pis vərdişlərdən uzaq olmaqla yanaşı, həm də fiziki və psixoloji baxımdan sağlam böyüyürlər. Mən özüm Ağdam rayon İmamqulubəyli qəsəbəsində yaşayıram mənim oğlum burda 8 aydır ki, məşq edir karate dərsinə gəlir. Burda uşaqların dərs alması üçün bütün şərait yaradılıb. İnşallah belə kompleksi azad olunmuş torpaqlarımızda yaradaq.
Demək olar ki, Ağdam işğal olunandan sonra tam hər şey bərbad idi. Heç kim idmanla məşqul ola bilmirdi. Son zamanlar idman kompleksinin istifadəyə verilməsi bütün Ağdamın bütün kəndlərindən valideyinlər uşaqlarını bura məşqə gətirirlər. Məndə öz nəvəmi gətirmişəm.
Aksiya çərçivəsində futbol, alpaqut, cüdo, sərbəst güləş, kyokşinkay karate, kikboksinq, yüngül atletika və sair yarışlar, əyləncəli idman oyunları təşkil edilib. Eyni zamanda müxtəlif idman növləri üzrə ustad dərsləri, nümunəvi çıxışlar da keçirilib.