Ağdam və Masallıda Xocalı soyqırımının qurbanları anıldı
Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Ağdam şəhərində yürüş təşkil edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, işğaldan azad edilmiş Ağdam şəhərində Xocalı faciəsinin 30-cu il dönümünə həsr olunan anım mərasimi Ağdam Cümə məscidinin qarşısında sona çatıb.
Yürüş iştirakçıları Ağdam Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Xocalıdan gələn şəhidlərin dəfnə hazırlandığı Cümə məscidinin ətrafına toplanıblar. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Onların ruhuna dualar oxunub.
Həmçinin xocalılar otuz ildən sonra öz doğmalarının məzarını ziyarət etdikləri üçün Ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Masalıda da Xocalı faciəsinin qurbanları anılıb. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. 30 il keçməsinə baxmayaraq xalqımız o qanlı gecəni unutmayıb və heç vaxt unutdurmayacaq.
Elgün Gəncimsoy
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Masallı