Ağdam-Xankəndi yolu açıqdır: Azərbaycan növbəti diplomatik qələbəsi
Sentyabrın 18-də səhər saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri Ağdam-Xankəndi yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərə ərzaq və tibbi ləvazimatlar aparıb. Qeyd edək ki, rəsmi Bakının əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi müxtəlif səviyyələrdə geniş müzakirə olundu və həm Ermənistana, həm beynəlxalq ictimaiyyətə Ağdam-Xankəndi yolunun açılmasının, yüklərin bu yolla Xankəndiyə çatdırılmasının vacibliyi vurğulanmışdı. “Ermənistan və onu havadarları Ağdam-Xankəndi yolunun açılmasının qarşını almaq üçün ciddi çalışırdılar.” Bu fikirləri deputat Ceyhun Məmmədov deyib. O əlavə edib ki, ermənilər “türkün çörəyi bizə lazım deyil” desələr də, Bakı öz prinsipiallığı və qətiyyəti nəticəsində yolun açılmasına nail oldu. “Ağdam Xankəndi yolunun açılması Azərbaycanın siyasi iradəsinin təcəssümü və növbəti diplomatik qələbəsidir.” Bunu isə açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib. O əlavə edib ki, ölkəmizə qarşı təzyiq dili ilə danışanlar anladılar ki, bölgədə söz sahibi olan Azərbaycan öz suveren hüquqlarını diktə edir. Siyasi şərhçi onu da vurğuladı ki, Azərbaycana qarşı qarayaxma kampaniyaları, hədə və təhdid dili ilə danışanlar da Azərbaycanı yolundan döndərə bilmədi. Fuad Sadıqov APATV