Ağdama dolu yağdı – ZİYANLA BAĞLI ŞİKAYƏT YOXDUR
Ötən gecə Ağdamda dolu yağıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun bütün yaşayış məntəqələrinə dolu düşüb. Qısa müddətdən sonra dolu leysan yağışla əvəz olub.
Ağdam rayon İcra hakimiyyətindən APA TV-yə verilən məlumata görə qeyri-sabit hava şəraitinin vurduğu zərərlə bağlı yerli sakinlərdən heç bir şikayət daxil olmayıb.