Ağdamda 20 yanvar şəhidlərinin xatirəsi anılıb
20 yanvar şəhidlərinin anım mərasimi cəbhə xətində yerləşən Ağdam rayonunda qeyd olunub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon ictimaiyyəti və ön xəttə xidmət edən hərbçilərimiz, vətən uğrunda canını fəda edən Azərbaycan övladlarının xatirəsini əbədiləşdirən abidə kompleksinin önünə gül qoyaraq qanlı yanvar şəhidlərini yad ediblər. Mərasimdə onların ruhuna dualar oxunub, Ağdam Dövlət Dram teatrının hazırladığı ədəbi – bədi kompozisiya nümayiş olunub. Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, azadlığı ölümü bahasına qazanan 20 yanvar şəhidləri, ilk azadlıq qaranquşlarıdır. Saat 12:00 da isə rayon ərazisində 1 dəqiqəlik sükut elan olunaraq bütün hərəkət dayanıb.