Ağdamda 5 otaqlı ev yandı
Ağdamda 5 otaqlı ev yanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun Aşağı Yüzbaşılı kəndində baş verib.
Kənd sakini Sabir Əliyevə məxsus 5 otaqlı evdə baş verən yanğın hadisəsini söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin Ağdam Yanğından mühafizə hissəsinin 3 maşını və yanğınsöndürənləri əraziyə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınaraq söndürülüb.
Yanğının baş vermə səbəbi araşdırılır.