Ağdamda 6 nəfər minaya düşüb, iki qardaş ölüb

Ağdamda mülki şəxslər minaya düşüb.

APA TV-nin Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Rayon Prokurorluğundan bildirilib ki, aparılmış araşdırmalarla Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu və Abdulov Bəhruz Nadir oğlunun qeyd edilən ərazidə minaya düşmələri nəticəsində çoxsaylı ağır dərəcəli bədən xəsarətləri almaları, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlunun aldığı xəsarətlərdən həlak olmaları, azyaşlı Hüseynov Hüseyn Razi oğlunun isə hər hansı xəsarət almaması müəyyənləşib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv