Ağdamda 63 yaşlı kişi at arabasının altında qalıb öldü
Ağdamda yol üstündə mübahisə zamanı 63 yaşlı kişi at arabasının altında qalaraq ölüb.
APA TV-nin xəbərinə görə, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib.
Kənd sakini Əli Əsgər oğlu Hətəmov 47 yaşlı həmkəndlisi Umud Qulu oğlu Nəsibovun onun sahəsindən mal-qara aparmasına etiraz edib. Bu zaman onların arasında mübahisə yaranıb. Umud Nəsibov yaşlı kişiyə əhəmiyyət vermədən at arabasını onun üzərinə sürüb.
At arabasının altında qalan Əli Hətəmov müxtəlif bədən xəsarətləri alıb. Yaxınlıqda olan həmkəndliləri yaralını həkimə çatdırmağa çalışsalar da, o, yolda həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.