Ağdamda beşotaqlı evdə yanğın olub

 

Ağdamda 5 otaqlı evdə yanğın baş verib.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə köçkünlər üçün salınmış Quzanlı qəsəbəsində Əliyev Şahin Cəmil oğluna məxsus beşotaqlı evdə baş verib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları çağırılıb. Yanğın zamanı evin üç otağı əşyaları ilə birlikdə yanıb. Digər iki otaq yanğınsöndürənlər tərəfindən yanğından xilas edilib.

“Axaşam yeməyimizi yemişik gəlinlərin xeyir işləri var idi atasıgildəydi. Oğlum Seymurda mühavizədə işləyir növbədəydi burda yaxında. Çağırdım ki axşamdı gəl çörəyini ye axşamda çörəyi yedik məndə düşdüm aşağıda yatıram burda uşaqlar yatır. Yoldaşımda qab qacağı yuyub işıqları söndürüb gəlib.iki saat kinoya baxıb yatmışıq. Birdə gördük səhər ev yanır. Nədən olub niyə yanıb bilmirik”.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv