Ağdamda bu bağın sahibi yanvarda ağaclardan bar topladı

Ağdamda bu bağın sahibi yanvarda ağaclardan bar topladı - APA TV Ağdamın Xındırıstan kəndində qoz və zoğal ağacları bar verib. Bağ sahibi Namiq Mahmudov deyir ki, hər iki ağac mövsümündə artıq bir dəfə bar verib və məhsul yığılıb. Bağ sahibinin bildirdiyinə görə, hazırkı bar ağacların ikinci barıdır. Namiq Mahmudov ilk dəfədir ki, öz bağında belə halın yaşandığının şahidi olduğunu deyir. Mütəxəssislərin fikrincə, qoz və zoğal ağaclarının bu vaxt bar verməsi normal hadisə deyil. Ümumiyyətlə, zoğal və qoz ağacları payız-qış aylarında artıq dərəcədə gün şüası qəbul etdikdə çiçəkləməyə meyilli olur. Hər il bu ağaclar "yalançı çiçək”lər açır və az sonra tökülür. Amma builki ağaclar çiçəklərinin tədricən meyvəyə çevrilməsi və ağacın bir ildə ikinci dəfə məhsul verməsi qeyri-adi təbiət hadisəsi kimi qiymətləndirilir.

Emin Babayev, Fəzail Səfərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv