Ağdamda insan sümükləri aşkarlandı

Ağdamda insan sümükləri aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.

 

Onların 1992-ci ildə öldürülərək basdırıldığı ehtimal olunur.

 

Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv