Ağdamda minik maşınları toqquşdu – XƏSARƏT ALAN VAR
Ağdamda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəngişalı kəndində qeydə alınıb.
Kənd sakini, Nazir Əsədovun idarə etdiyi avtomobillə həmkəndlisi, Sabir Zeynalova məxsus minik maşını toqquşub. Nəticədə Nazir Əsədov müxtəlif bədən xəsarətləri alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.