Ağdamda Novruz mətbəxi təşkil edildi – BİRGƏ MONİTORİNQ MƏRKƏZİNDƏ

Ağdam rayonu ərazisində fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşəbbüsü ilə Novruz mətbəxi təşkil edilib.

 

APA TV Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə professor Tahir Əmiraslanov xalqımızın qonaqpərvərliyi, Novruz bayramının adət ənənələri, bayramda bişirilən şirniyyatların mənaları barədə hərbi qulluqçulara ətraflı məlumat verib.

 

Sonda Assosiasiyanın diplomları və Tahir Əmiraslanovun müəllifi olduğu kitablar tədbir iştirakçılarına təqdim olunub, nahar təşkil edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv