Ağdamda Qarabağdakı tarixi abidələrlə bağlı foto-sərgi açılıb

Ağdamda yerləşən Heydər Əliyev Mərkəzində foto-sərgi açılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Respublika Memarlar İttifaqı və Ağdam rayon İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində Xocavənd, Xocalı, Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Ağdam, Kəlbəcər rayonlarındakı mədəni, dini abidələrin işğaldan əvvəl və sonrakı vəziyyətlərinə dair foto-faktlar təqdim edilir.

Vətən müharibəsi nəticəsində azad edilmiş bu bölgələrdəki abidələrin əksəriyyəti işğal dönəmində dağıdılıb, bəziləri isə erməniləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv