Ağdamda qaz sızması partlayışa səbəb olub - EVİN XANIMI XƏSARƏT ALIB

 

Ağdamda fərdi yaşayış evində yanğınla nəticələnən partlayış baş verib .

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə Quzanlı qəsəbəsində qeydə alınıb.

Partlayış nəticəsində ev sahibi Nuriyev Alim Aləm oğlunun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Röyalə Nuriyeva yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb: “Səhər tezdən uşağı məktəbə hazırlayıb. İşığı yandırıb, sobanı yandıranda partlayış olub”.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Alovun genişlənməsinə imkan verilməyib, daha sonra yanğın tam söndürülüb.

Təhqiqat aparılır.

Müəllif | Apa.Tv
Apa.tv