Ağdamda şadlıq sarayında yanğın baş verib
Ağdamda şadlıq sarayında yanğın baş verib.
APA TV xəbər verir ki, yanğın rayonun Quzanlı qəsəbəsində yerləşən “Araz” şadlıq sarayında baş verib. Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin iki avtomobili və işçi qüvvəsi cəlb olunub. Elektrik enerjisində baş verən qısaqapanma zamanı Şadlıq sarayının televizoru və kondisaneri yaanıb. Yanğın yanğınsöndürən əməkdaşları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.