Ağdamda süd məhsulları sexində yanğın olub

Ağdam rayonunun Çəmənli kəndində yanğın baş verib.

 

Kənddəki süd məhsullarının istehsalı sexinin ərazisində ümumi sahəsi 45 m² olan talvarın altında hər birinin həcmi 200 litr olan 20 ədəd yağ çənindən 6 ədədi, 1 ədəd plastmasdan ibarət su çəni və 3 ədəd su nasosu yanıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yağ çənlərinin qalan hissəsi və talvar yanğından mühafizə olunub.

 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif | Apa.Tv
Apa.tv