Ağdamda üçəm doğulub
Ağdamda üçəm doğulub
Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA TV-nin yerli bürosuna verilən xəbərə görə, 2000-ci il təvəllüdlü Hüseynova Rəqsanə Zakir qızı ötən gün rayon doğum evində üçəm dünyaya gətirib.
Üçəmlərin 2-si oğlan, biri qızdır.
Üçəmlər 1kq 650qram, 1kq 700qr və 1kq 800qr çəkidə doğulub.
Ailənin üçəmlərdən başqa bir oğul övladı da var.
Habil Aslanoğlu,
Arzu Quliyev,
APA TV