Ağdamda xatirəsinə ucaldılan abidə bulaq kompleksinin açılışı olub
Ağdam rayonunda şəhid, baş leytenant Hikmət İldırım oğlu Səfərovun xatirəsinə ucaldılan abidə bulaq kompleksinin açılış mərasimi olub.
Abidə bulaq kompleksi Ağdam rayon Alıbəyli 2 qəsəbəsində inşa olunub. Tədbirdə Rayon İcra hakimiyyətinin rəhbərliyi nümayəndələri, şəhidin valideynləri, qazilər və qəsəbə sakinləri iştirak edib.
Çıxış edənlər bildirib ki, şəhid, baş leytenant Hikmət Səfərov vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. Oktyabrın 4 - də cəbhənin Suqovuşan istiqamətində gedən hərbi əməliyyatda yaralanıb, 55 gün komada qaldıqdan sonra 8 dekabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.