Ağdamda yeni meşə massivi salınıb

Ağdamın işğaldan azad olunmasının bir illiyi münasibətilə rayonda meşə massivi salınıb.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, ermənilərin Ağdamda məhv etdiyi yaşıllıq massivlərinin bərpası üçün nəzərdə tutulan 4 meşə zolağının artıq birinə bu gün tamamilə ağac əkilib.

 

Prezident Administrasiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan ağacəkmə aksiyasında şəhid ailələri və könüllülər iştirak edib. 2,5 hektar ərazidə 2000 ədəd ağac əkilib.

 

İlk mərhələdə əkilən və inkişafdan dayanan ağaclar yenisi ilə əvəz olunub.

 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bu gün respublika üzrə böyük yaşıllaşdırma işləri aparılır: “Bu gün Ağdamdayıq. Gözəl gündə burda gözəl park salacığıq. Bu ərazilər yaşıllaşacaq, təbiətimizə gözəl tövhə verəcək”.

 

Nazir deyib ki, ümumiyyətlə, Qarabağda böyük yeniliklər olacaq.

Müəllif | Apa.Tv
Apa.tv