Ağdamın ən yaşlı seçicisinin 104 yaşı var
Ölkədə aparılacaq növbədənkənar prezident seçkilərinə az vaxt qalıb. 7 fevral prezident seçkilərində xalq öz namizədinə səs verməklə növbəti dəfə necə deyərlər öz müqəddəratını həll edəcək. Ağdam rayonun ən yaşlı və ən gənc seçicisi rayonun keçmiş cəbhə kəndi olan Qaradağlı kəndində yaşayır. Ən yaşlı seçici Məmmədovlar ailəsinin ağbirçəyi olan 104 yaşlı Roza nənədir. Roza nənə seçki günü 119 saylı Ağdam kənd seçki dairəsinin 27 saylı seçki məntəqəsində səs verəcək. Roza nənə deyir ki, seçki günü bütün balaları ilə birlikdə seçkidə iştirak edəcək. Bir əsrdən çox yaşamış bu nənənin 100-dən çox nəvə-nəticəsi var. Elə rayon ən gənc seçicisi də onun nəvələrindən biri 18 yaşlı Sənan Məmmədovdur. Qeyd edək ki, 7 fevral prezident seçkisi günü 119 saylı Ağdam Kənd seçki dairəsi üzrə 59 məntəqədə səsvermə aparılacaq. Seçki günü 53000 nəfər seçicinin səsvermədə öz səsvermə hüququndan istifadə edərək istədiyi namizədə səsverməsi gözlənilir. Emin Babayev, Fəzail Səfərov, APA TV