Ağdamlı musiqiçilər qocalar evində konsert proqramı təşkil edib

Ağdamlı köçkün musiqiçi müəllimlər  paytaxtda yerləşən qocalar evində konsert

proqramı təşkil ediblər. 

 

APA TV-nin xəbərinə görə, Ağcabədi regional Mədəniyyət idarəsinin əməkdaşlarının təşkil etdiyi konsert proqramına yaşlılar evdə qal prinsipinə əməl edərək eyvanlardan qulaq asıblar.

 

Ağdam rayon, Cabbar Qaryağdı oğlu adına 1 saylı köçkün uşaq musiqi məktəbinin kollektivinin rəhbəri Könül Kərimovanın təşkilatçılığı ilə təşkil olunan konsert proqramında  Elgiz Əliyev, Könül Xəlilzadə, Natiq Mustafayev, Kamran Həsənpur, Çingiz Əliyev, Namiq Mustafayev, Elgün Əliyev iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv