Ağdamlılar Quzanlıda novruz tonqalı qaladı

Baharın gəlişi ilə bölgələrdə novruz şənlikləri keçirilir. Ağdamlılar Quzanlı qəsəbəsindəki mərkəzi meydanda bir araya gələrək baharın gəlişini qeyd ediblər.

 

Uzun illər müharibə şəraitində yaşayan ağdamlılar neçə əsirlərdir qoruyub saxladığı adət-ənənəni, el şənliyində bu gün nümayiş etdiriblər. Meydana toplaşan qız-gəlinlər,  xəmir açıb,  yuxa yayıb, kətə  bişirib. Kimisi qoruğa qovurub, kimisi bayramın şah xörəyi hesab olunan plov dəmləyib. Bir sözlə  onlar qoruyub saxladıqları adətləri xüsusi həvəslə sərgiləyiblər.

 

El ağsaqqalı Dədə Qorqudun, Bahar qızın gəlişi, kosa və keçəlin şən zarafatları xüsusilə balacaların sevincinə səbəb olub.

 

Gənclər qurşaq tutub, dirədöymə və müxtəlif idman oyunları oynayıblar.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv