Ağdaş sakinini elektrik cərəyanı vurub
Ağdaş sakinini elektrik cərəyanı vurub. APA xəbər verir ki, hadisə Nehrəxəlil kəndində qeydə alınıb. 1978-ci il təvəllüdlü Taryel Hüseynov özünə məxsus traktorun üzərində qaynaq cihazı ilə təmir işi görən zaman onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.