Ağdaşda 16 yaşlı oğlanı avtomobil vuraraq öldürüb

Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Jeep" markalı minik avtomobili yolu keçən piyadanı, Əmrarx kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Uğur Laçın oğlunu vurub. U.Həsənov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun yol kənarında qoyun otardığı və yolu keçərkən diqqətsizlik etdiyi üçün hadisə baş verdiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
 

 

Müəllif | Apa.Tv
Apa.tv