Ağdaşda daha iki məktəb koronavirusa görə bağlandı

Ağdaş rayonunda daha 2 orta məktəb distant təhsilə cəlb olunub.

APA TV-nın yerli bürosunun xəbərinə görə Ağdaş şəhər 1 və 5 saylı tam orta məktəbdə çalışan müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxdığı üçün, Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin məktəblərdə dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib. Dərhal məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib. Hazırda dərslərin distant şəkildə davam etdirilir.

Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər iki məktəbin giriş hissəsi, bütün otaqlar və idman zalları dezinfeksiya edilib.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində bu günə kimi rayon üzrə təhsil müəssisələrində 40 şagirddə, 10 müəllimdə COVID-19 virusu aşkar edilib. Martın 15-də Ağdaş şəhər 3 saylı tam orta məktəb koronavirusa görə bağlanıb.

Şahnəzər Bəşirov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv