Ağdaşda ər arvadını atası evində öldürüb

Ağdaşda ər arvadını bıçaqlayaraq qətlə yetirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Nehrəxəlil kəndində baş verib. Rayonun Tofiqi kənd sakini 32 yaşlı Tural Tahir oğlu Səttarov ailə münaqişəsi zəmnində 25 yaşlı Nuranə Elburus qızı Səttarovanı bıçaqlayıb. Səkkiz bıçaq xəsarəti alan Nuranə Səttarova dünyasını dəyişib.

 

Yerli sakinlərin sözlərinə görə Nuranə 2012-ci Tural ilə ailə həyatı qurub. Bir həftə öncə ər və arvad arasında söz-söhbətlər, ailə münaqişəsi olub. Bundan sonra Nuranə Səttarova Nehrəxəlil kəndində yaşayan atasının evinə gedib. Bu gün günorta saatlarında Tural Səttarov qayınatasıgilə gedərək yenidən həyat yoldaşı ilə dava edib və onu bıçaqlayıb. Üç uşaq anası olan Nuranə Səttarova hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.

 

 

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv
Apa.tv