Ağdaşda partlayış olub – 1 NƏFƏR YANIB

Ağdaş rayonunda evdə qaz balonu partlayıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Pirkəkə kəndində qeydə alınıb. Kənd sakini, 42 yaşlı Elnur Aslanov yaşadığı evdə qaz balonunu yadıran zaman anidən partlayıb. Nəticədə ev sahibi Elnur Aslanov müxtəlif yanıq xəsarətləri alıb. Yaralı dərhal Ağdaş rayon Mərkəzi Xəstaxanasına aparılıb. O, vəziyyəti ağır olduğu üçün təcili olaraq Bakı şəhərindəki Respublika Yanıq Mərkəzinə aparılıb.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv