Ağdaşda yaşayış evi yandı – XƏSARƏT ALAN OLMAYIB

Ağdaş rayonunda fərdi yaşayış evi yanıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Ləki kəndində qeydə alınıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Abdulla Yusifova məxsus ümumi sahəsi 220 kvadratmetr olan 4 otaqlı mənzildə baş verən yanğın nəticəsində ev və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb.

Alovun söndürülməsi üçün əraziyə Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyi nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv