Bakıya getmək istəyən koronavirus xəstəsi saxlanıldı - AĞDAŞDA

Ağdaşdan Bakıya getmək istəyən koronavirus xəstəsi saxlanılıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələri yoxlanılan zaman rayonun Sadavat kənd sakini Tahir Əhmədovun yaşadığı ünvanı tərk etdiyi məlum olub.

 

O, COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə alsa da, qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və Bakı şəhərinə getmək istəyərkən saxlanılıb. Koronavirus xəstəsi yaşadığı evə geri qaytarılıb.

 

İnfeksiyanın yayılmasına şərait yaradan və digərlərinin də sağlamlığını təhlükə altında qoyan Tahir Əhmədov barəsində cinayət işi başlanılıb.


Şahnəzər Bəşirov

 

Müəllif | Apa.Tv
Apa.tv