Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

 

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

 

Müəllif | Apa.Tv
Apa.tv