Agentlik: “Aprelin 1-dən icbari tibbi sığortanın tətbiqinə başlanılır”

“Aprelin 1-dən Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonun İcbari Tibbi Sığortanın tətbiqinə başlanılır.

 

Bunu APA TV-yə açıqlamasında, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentlinin departament rəhbəri Aynurə Əhmədova deyib.

 

Onun sözlərinə görə, vətəndaşlardan Təcili və Təxirəsalınmaz Tibbi Yardım istisna olunmaqla, səhhətlərində hər hansı bir problem yarandıqda ilkin səhiyyə müəssisələrinə müraciət etmələri xahiş olunur: “İkin səhiyyə müəssisələri poliklinikalar, ailə sağlamlıq mərkəzləri, o cümlədən həkim tibb məntəqələridir. Bu müəssislərdə çalışan ailə həkimləri xəstəni müayinə və müalicə edirlər. Ehtiyac olduqda diaqnostik müayinələrin aparılması üçün göndəriş vərəqəsi ilə təmin edilirlər”.

 

Agentlik rəsmisinin qeyd edib ki, tibbi xidmətlər zərfi çərçivəsində xidmətlər zərfi çərçivəsində göstərilir. Xidmətlər zərfi 2550 sayda xidməti əhatə edir: “İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlər TƏBİB-in tərkibindəki tibb müəssisələrində göstərilir. Xidmətlər zərfində olan lakin TƏBİB-in nəzdindəki tibb müəssisələrindəki göstərilməsi mümkün olmayan tibbi xidmətlər üçün göndəriş vərəqi verilir. Göndəriş vərəqinin müddəti 10 iş günü müddətini əhatə edir və həmin vərəqə TƏBİB-in nəzdindəki tibb müəssisəsi tərəfindən verilir. Agentliyin müqavilə bağladığı tibb müəssisələrində göndəriş vərəqəsi ilə tibbi xidmət almaq mümkündür”

 

Bundan başqa, ölkədə koronovirus pandemiyası ilə əlaqədar olaraq bəzi xəstəxanalar bu xəstəlikdən əziyyət çəkənlər üçün ayrıldığına görə, müştərək maliyyələşmə məbləğinin  toplanması 1 il müddətinə təxirə salınması üçün agentlik müvafiq dövlət qurumlarına müraciət edib.

Müəllif | Apa.Tv
Apa.tv