Ağır qəza zamanı yaralanan MÜƏLLİM ÖLDÜ
Zaqatalada qəzaya düşən şəxslərdən biri dünyasını dəyişib.
APA TV xəbər verir ki, qəzada yaralananlardan Elçin Bədirov ağır xəsarətlərlə müalicə olunmaq üçün Bakıya gətirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Elçin Bədirovun müəllim işlədiyi bildirilir.
Xatırladaq ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində “Ford” markalı xırda tutumlu yük maşını ilə “VAZ 2106” toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alıb.