Ağır yol qəzasında 8 nəfər xəsarət aldı

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır yol qəzası baş verib. Kliniki Tibbi Mərkəzin verilən məlumata görə, baş verən ilk qəza nəticəsində xəsarət alan 5 nəfər Mərkəzə gətirilib. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Bundan bir qədər sonra isə eyni yolda ikinci qəza baş verib və 3 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. 

Xəsarət alanlardan ikisi Türkiyə vətəndaşıdır. Hər üç şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

 

Müəllif | Apa.Tv
Apa.tv