Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət edib

 

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

APA TV-nin məlumatına görə, Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şura üzvləri ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirələrinə ehtiram bildirib, məzarları üzərinə gül dəstələri qoyub.

Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib ki, bu gün dünyanın hər yerindən görünən müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir: “Ümummilli lider Heydər Əliyev öz xalqına, dövlətinə və torpağına sadiq şəxsiyyət idi. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra Azərbaycanı bəlalardan qurtardı və ölkəni işıqlı gələcəyə aparan möhkəm siyasətin əsasını qoydu”.

Fəttah Heydərov qeyd edib ki, hazırda ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir və Azərbaycan dünyanın sayılıb-seçilən, hər kəsin hesablaşmağa məcbur olduğu dövlətə çevrilib.

Müəllif | Apa.Tv
Apa.tv