Ağstafada 2 maşın toqquşdu - NƏNƏ VƏ NƏVƏSİ YARALANDI

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağkəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı 2 nəfər – 1965-ci il təvəllüdlü Nəsibova Firuzə Oruc qızı və 2017-ci il təvəllüdlü Nəsibova Ayşə Namiq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, A,Nəsibova F.Nəsibovanın nəvəsidir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv