Ağstafada 35 yaşlı qadının öldürülməsinin qan donduran təfərrüatları məlum oldu
Ağstafada 35 yaşlı qadın ölüb.
Rayonun Aşağı Kəsəmən kənd sakini 35 yaşlı Günel Əhməd qızı Məmmədova aprelin 8-də xəstəxanaya xəsarətlərlə müraciət edib. Qaraciyər xəstəliyindən əziyyət çəkən qadın xəstəxanaya gətirilərkən onda xəstəliklə bərabər ilkin fiziki zorakılıq əlamətləri aşkarlanıb.
Qadının yaxınları bildirib ki, o həyat yoldaşı tərəfindən döyülməsi nəticəsində xəsarətlər alıb. Mərhumun qardaşı Ramin Həsənov bildirib ki, bacısını əri və qayınanası döyüb. Onun sözlərinə görə o bacısını görəndə ağzından və qulaqlarından qan gəlirmiş:
Günel Məmmədovanın meyiti müayinə olunması üçün Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa Rayon şöbəsində təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV