Ağstafada 700-dən çox hərbi sursat partladılaraq zərərsizləşdirilib

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları Ağstafa rayonunda Xüsusi Karantin rejimindən sonra ilk iş həftəsində toplanan partlamamış hərbi sursatları məhv ediblər.

APA TV-nin yerli bürosunun məlumatına görə, 700-dən çox partlamamış hərbi sursat mərkəzin məhvetmə ərazisinə toplanaraq zərərsizləşdirilib.

Zərərsizləşdirilən hərbi sursatlar daha çox Ağstafa ərazisindən tapılıb. Çünki 1991-ci ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığındakı sursat anbarının partlaması nəticəsində 40 milyon kvadratmetr əraziyə partlayıcı maddə və digər hərbi sursat yayılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nümayəndəsi Mədət Məmmədov deyir ki, Gəncə, Şəmkir, Tovuz, Qazax rayonlarında da müraciətlər az olmur:

Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyinin xüsusi mobil çevik əməliyyat qrupu çağırış və müraciət əsasında axtarışlarını davam etdirirlər.

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Ağstafa

Müəllif | Apa.Tv
Apa.tv