Ağstafada ağır qəza: sərnişin öldü
Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-TV-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə “Niva” toqquşub. “Niva”nın sərnişini, 1989-cu il təvəllüdlü Elvin Heydərov hadisə yerində ölüb.
Minik maşınları yararsız hala düşsə də, sürücülər qəzadan xəsarətsiz ötüşüb.
Faktla bağlı araşdırma aparılır.