Ağstafada ağır qəza, yük maşını minik maşını ilə toqquşdu
Ağstafada yük avtomobili ilə minik maşını toqquşub.
2 nəfərin ölümü ilə nəticələn ağır qəza gecə saatlarında Bakı-Qazax-Gürcüstan avtomagistral yolunun rayonun Dağ Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.
Ağstafa istiqamətində hərəkətdə olan “VAZ 21099” markalı minik maşını TIR maraklı yük avtomobili ilə toqquşub. Nəticədə minik maşınında olan Dağ Kəsəmən kənd sakinləri, 36 yaşlı Orxan Rzayev və Məhəmməd Xəlilov hadisə yerində ölüblər. Yük maşının sürücüsü hadisəni bu cür xatırlayır.
Hadisədən dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər tərəfindən Deformasiyaya uğramış avtomobildən meyitləri çıxarılıb. Cəsədlər Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Ölən şəxslərin yaxınlarının verdiyi məlumata görə hər ikisi subay olub. Onların ailələri yaxınlarda toy etməyə hazırlaşırmış.
Qeyd edək ki, qəzanın baş verdiyi ərazi Gəncə-Qazax-Qırmızı körpü istiqamətində yeni çəkilmiş yolun yol ayrıcı sayılır məhz həmin ərazidə inşa işləri aparılır.
Faktla bağlı araşdırma aparılır.