Ağstafada dəhşətli ölüm - 54 YAŞLI KİŞİNİ İLDIRIM VURDU
Ağstafa sakinini ildırım vuraraq öldürüb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Köçəsgər kəndində qeydə alınıb.
Kənd sakini 54 yaşlı Yusif Misirov çöldə heyvan otaran zaman onu ildırım vurub:
Mərhumun qardaşı bildirib ki, hadisə baş verən zaman Yusif Misirov açıq ərazidə olub, üzərində mobil telefon və ya hər hansı bir cihaz olmayıb. Həmin ərazidə ağac da olmayıb:
Hadisə şahidləri həmin vaxt havanın da tutqun olmadığını deyir. Anidən şimşək çaxıb və Yusifi vurub. Mərhum 4 uşaq atası olub, onlardan biri ölüb, biri isə həm ruhi, həm də fiziki məhdudiyyətli xəstədir.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.