Ağstafada gömrük əməkdaşı qəza törətdi, içkilər yola dağıldı

Dövlət Gömrük Komitəsinin əməkdaşı Ağstafada qəza törədib.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Xəyyam Əmiraslanov idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə sürücü xəsarət alıb. Qəza nəticəsində avtomobilin yük yerindəki Gürcüstan istehsalı olan çoxlu sayda içkilər qırılaraq yola dağılıb.

 

Qeyd edək ki, Xəyyam Əmiraslanov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv