Ağstafada iki piyadanı maşın vurdu – VƏZİYYƏTLƏRİ AĞIRDIR
Ağstafada iki piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Poylu yolunda qeydə alınıb.
Rayon sakini Samir Musayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətə olan zaman 28 yaşlı Niyaməddin Nəbiyevi və 27 yaşlı Zərbəli Mirzəliyevi vurub.
Yaralılar ilk öncə Ağstafa rayon mərkəzi xəstəxanasına, daha sonra onlardan biri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə, digəri isə Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə aparılıb. Yaralılardan Niyaməddin Nəbiyevin vəziyyətinin ağır, Zərbəli Mirzəliyevin isə orta-ağır olduğu bildirilir.
Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV