Ağstafada karantin qaydalarını pozan şəxslər cərimələndi
Ağstafada iaşə müəssisələrində reyd keçirilib, bir neçə şəxs məsuliyyətə cəlb edilib.
DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA TV-yə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.
Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe, restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb.
Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində protokollar tərtib edilərək hər biri 200 manat məbləğində cərimə edilib.