Ağstafada maskalı şəxs evə basqın etdi

Ağstafada maskalı şəxs evə basqın edib.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə Ağstafa şəhərinin Nəriman Nərimanov küçəsində baş verib. Gecə saat 1 radələrində həyətə düşən  26 yaşlı Pünhan Bayramova evdə maskalı şəxsin olduğunu görüb. Qışqırmaq istəyən zaman basqın edən şəxs ona bıçaqla xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

 

Bıçaq Pünhan Bayramovanın qarın boşluğundan dəyib və daxilə nüfuz etməyib. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.

 

Dırnaqarası qəhrəman evin gəlininə elə evin mətbəxindən götürdüyü bıçaqla xəsarət yetirib. Bundan sonra barıdan düşərək ərazidən uzaqlaşıb. Gəlinin  köməyinə isə işdən evə dönən həyat yoldaşı çatıb. Hadisəni törədən şəxs isə evdən müəyyən məbləğdə pul da oğurlayıb. Dırnaqarası qəhrəmanın cinayətdə istifadə etdiyi bıçaq maddi sübut  olaraq götürülüb.

 

Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.

 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Ağstafa

Müəllif | Apa.Tv
Apa.tv