Ağstafada mikroavtobus 2 piyadanı vuraraq “KamAZ”a çırpıldı
Ağstafada piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes VİTO” markalı mikroavtobus iki piyadanı vurub. Qəzadan sonra mikroavtobus yol kənarında dayanan qoşqulu “KamAZ”a çırpılıb.
Qəza zamanı 2 piyada - 1995-ci il təvəllüdlü Zeynalı İlham Qoca oğlu və 1986-cı il təvəllüdlü Hüseynov Həsən Komsomol oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.