Ağstafada mikroavtobusla yük maşını toqquşub

Ağstafa rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

APA TV yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Köçəsgər kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə  “Mercedes-Sprinter” markalı mikroavtobus  yük maşını ilə toqquşub. Qəza zamanı 2 nəfər - Ağstafa rayon sakini 61 yaşlı Məmmədova Familə, 60 yaşlı Nağıyev Mail hadisə yerində ölüb. 4 nəfər isə xəsarət alaraq Ağstafa rayon mərkəzi xəstəxanasına və  Qazax Rayon Diaqnostika Mərkəzinə  yerləşdiriliblər. Xəsarət alanlar 51 yaşlı Mətanət Əliyeva, 19 yaşlı Nicat Qasımov, 71 yaşlı Email  Əmiraslanov, 56 yaşlı Vəliyeva Mirvaridir. Həkimlərin səyinə baxmayaraq 56 yaşlı Vəliyeva xəstəxanada dünyasını dəyişib. Ölənlərin meyitləri  aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir. Qəzanın dəqiq baş vermə səbəbi təyin olunan avtoekspertizanın nəticəsindən sonra bəlli olacaq.

 

Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə fəaliyyət göstərib.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Ağsatafa

Müəllif | Apa.Tv
Apa.tv